Kokpit.az xatırladır ki, “yaşıllar” Kardileni Ferrari komandasından keçən ilin 9 iyulunda transfer etmişdi. Ancaq aradan 8 ay keçsə də, italyan mühəndisin Aston Martin-də nə vaxt işə başlayacağı hələ dəqiq deyil.
Aston Martin komandası yanvar ayının 10-da verdiyi açıqlamada bildirmişdi ki, Kardile Silverstoundakı bazada vacib bir vəzifədə işləyəcək. Lakin italyan mütəxəssisin nə vaxt işə başlayacağı barədə məlumat hələ də yoxdur.
Aston Martin komandasının yeni rəhbəri Əndi Kovell də Enriko Kardilenin komandaya nə vaxt qatılacağı ilə bağlı suala qəti cavab verməyib: “Biz bir yerdə uyğunluqla işləyəcək 1000 nəfərlik komanda qurmağa fokuslanmışıq. Ədrianın aramıza qatılmasını səbirsizliklə gözləyirik. Eyni formada aramıza onlarla işçi qatılır və buna görə həyəcanlıyıq. 2024-cü ildə ümumilikdə 248 yeni işçi işə almışıq. Məqsədimiz hamını bir araya gətirərək, yaxşı komanda qurmaqdır”.
Bundan başqa Red Bull-dan transfer edilən Ədrian Nyuinin komandaya qatılacağı tarix məlum olub. Britaniyalı mühəndis martın 3-dən etibarən Aston Martin-də işə başlayacaq. “Yaşıllar” indidən onun üçün iş sahəsi belə hazırlayıblar.
Şərh əlavə et