Xəbəri Kokpitdə Oxuyun!

Mövsümün ilk sprintini Mark Markes qazanıb

MotoGP üzrə Tayland Qran Prisinin sprint yarışı geridə qalıb. Mövsümün ilk sprintini Mark Markes qazanıb.

Kokpit.az bildirir ki, mövsümün ilk sprint yarışı günəşli hava şəraitində başlayıb.

Yarışa pouldan başlayan Mark Markes yaxşı startla yerini qoruyub. Aleks Markeslə Françesko Banyaya ilk döngədə yan-yana gəlsələr də, yer dəyişikliyi olmayıb.

Marko Bezzekki isə startda ən çox itirən olub və 9-cu yerdən 19-cu yerə qədər geriləyib. Sprint yarışına 14-cü yerdən başlayan Bren Binder 8-ci yerə qədər yüksəlib.

İki komanda yoldaşı Bred Binder və Pedro Akosta səkkizinci yer uğrunda amansız mübarizə aparıblar. Sonda qalib gələn ispaniyalı sürücü olub.

Yarışın bitməsinı 7 dövrə qalmış üşüncü sektorda sarı bayraqlar sallanıb. Pramac Yamaha ilə altıncı yerdə gedən Cek Miller qəza edərək mübarizəni dayandırıb.

Ducati ilə ilk sprintinə çıxan Mark Markes sonda qalib gəlib. Qardaşı Aleks Markes ikinci, Françesko Banyaya üçüncü olubıar.

Ai Oqura 4-cü, Franko Morbidelli 5-ci, Pedro Akosta 6-cı, Fabio Kuartararo 7-ci, Bred Binder 8-ci, Xoan Mir 9-cu, Yohan Zarko 10-cu olublar.

Rauf Hacıyev

Şərh əlavə et