Xəbəri Kokpitdə Oxuyun!

M.Markes mövsümün ilk poulunu qazanıb

Ducatti komandasının sürücüsü Mark Markes mövsümə poul ilə başlayıb.

Kokpit.az bildirir ki, əfsanəvi sürücü Tayland Qran Prisinin sıralanma turunda 1.28.782 zaman nəticəsi göstərərək, poul əldə edib. İkinci yeri Gresini komandasından Aleks Markes, üçüncü yeri isə ikiqat Dünya Çempionu Françesko Banyaya tutub. Pramac komandasından Cek Miller dördüncü olub və Yamaha üçün yaxşı nəticə qazanıb.

Trackhouse komandasının debütanr sürücüsü Ai Oqura yaxşı performans göstərərək, beşinci olub. Onu VR46-dan Franko Morbidelli izləyib. Lakin Franko cümə sərbəst yürüşlərində Françesko Banyayanı əngəllədiyi üçün bazar günü keçiriləcək əsas yarışın startından 3 yer itirəcək.

Oquranın komanda yoldaşı Raul Fernandes 8-ci, Marko Bezzekki 9-cu yerləri tutublar. Bezzekki üçüncü döngədə cümə günü olduğu kimi yenə qəza edib.

Yamaha komandasından Fabio Kuartararo isə sıralanma turunda 10-cu yeri tutub. Honda sürücüləri Xoan Mir və Yohan Zarko isə 12-liyi tamamlayıblar.

Rauf Hacıyev

Şərh əlavə et