Kokpit.az bildirir ki, ispaniyalı sürücü Buriramdakı 45 dəqiqəlik sessiyada əvvəlcə 1.29.592, daha sonra isə 1.29.423 zaman nəticəsi göstərərək, birinci olub.
VR46 komandasından Franko Morbidelli sessiyanın sonunda ikinci yerə yüksəlsə də, Markesdən təxminən 0.2 saniyə geridə qalıb.
Yamaha komandasından Fabio Kuartararo üçüncü olaraq azarkeşlərini ümidləndirib. Pramac Yamaha-dan Cek Miller isə dördüncü yeri turub.
Aprilia komandasının sürücüsü Marko Bezzekki və Trackhouse-un debütantı Ai Oqura beşinci və altıncı yerlərdə qərarlaşıblar. Onları Gresini-dən Aleks Markes, Pramac-dan Migel Oliveyra və Tech3 KTM-dən Maverik Vinyales izləyiblər.
İkiqat Dünya Çempionu Françesko Banyaya isə çətin sessiya keçirib və komanda yoldaşı Mark Markesdən 0.7 saniyə geri qalaraq 10-cu olub.
Şərh əlavə et