Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Özümü evimdəki kimi hiss edirəm

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, 2025-ci ilin Ferrari-sinə yavaş-yavaş öyrəşir.

Kokpit.az xatırladır ki, testlərin ikinci günü britaniyalı sürücü üçün pis keçməyib və o günü ikinci yerdə bitirib.

Lyuis Həmilton: “Hələ tez olsa da, bu maşını sürməkdən həzz alıram. Yavaş-yavaş öyrəşirəm və hər dəfə yeni bir şey öyrənirəm. Bütün sazlanmalar çox fərqlidir. Əyləc balansı da əvvəlki komandamdan fərqlidir.

Əvvəlki alışqanlıqlarımı unutmalı deyiləm, amma burada yeni sürüş tərzinə keçidm. Bu maşının sürüş tərzini tapmaq əyləncəlidir.

İki gün də yaxşı keçdi. Hazırda bir neçə şeyi test edirik, amma maşının sazlanmalarında dəyişiklik etmirik. Hazırda sadəcə planı tətbiq edirik. İndiyə kimi bu maşını sürməkdən həzz aldım.

Maşın hələki istədiyim kimi işləyir. Müsbət gün idi və sazlanmalarla bağlı vacib addımlar atdıq. Ancaq görüləcək işlər var. Bir komandada işə necə başlamanız çox vacibdir. Hər gün gərgin keçsə də, öz təməlimizi qura bildik.

Növbəti aylarda da inkişafa davam edəcəyik. Hər şey çox təbii formada inkişaf edir. Heç nəyi limitlərdə etmədik. Özümü evimdəki kimi hiss edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et