Xəbəri Kokpitdə Oxuyun!

A.Stella: İstədiyimiz kimi işlədik

McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, Bəhreyndəki işləri gözləntilərə uyğun gedir.

Kokpit.az xatırladır ki, McLaren komandası testlərdə sürətli görünür.

Andrea Stella bildirib ki, onlar testlərdə performansa fokuslanmayıblar və mühəndislik cəhətdən vacib məlumatlar toplayıblar: “İndiyə qədər testlər planlaşdırıldığı kimi getdi. Bolidlə bağlı böyük problem yaşamadıq. Buna görə də demək olar ki, trasda çox vaxt keçirdik.

Gördüyümüz işlərin hamısı performansa bağlı deyildi. Buna görə də sürücülərimizin bir az səbirli olmalarını və komanda üçün işlərə fokuslanmalarını dedik. Onlar da bunu çox yaxşı şəkildə etdilər.

Performans cəhətdən sürüşlərə keçəndə bolid gözlədiyimiz kimi davrandı. Bu da həmişə olan şey deyil. Buraya bəzi sual işarələrini həll etməyə gəlmişdik. Buna görə də komandanın gördüyü işdən razıyam”.

Rauf Hacıyev

Şərh əlavə et