Kokpit.az xatırladır ki, ispaniyalı sürücü keçən il Dünya Çempionu olduqdan sonra Pramac Ducati-dən ayrılmış və Aprilia komandasıiii ilə çoxillik müqavilə bağlamışdı. Amma yeni komandası ona yaramayıb və sonuncu Dünya Çempionu qış testlərində qəza edərək sol əlini zədələyib.
Bu zədəyə görə Martin mövsümün ilk yarışı olan Tayland Qran Prisini buraxacaqdı. Lakin bu gün məlum olub ki, ispaniyalı sürücü 14-16 martda keçiriləcək mövsümün ikinci mərhələsi olan Argentina Qran Prisini də buraxmalı olacaq.
Bu isə o deməkdir ki, Xorxe Martin yeni komandası Aprilia ilə debütünü ən yaxşı halda 30 martda Ostində keçiriləcək ABŞ Qran Prisində edəcək.
MotoGP-nin həkimi Anhel Çarte: “Martinin əhvalı yüksəkdir. Həmişəki kimi çox enerjilidir. Lakin doktor Çavyer Mir ilə danışdıq. Taylandda qətiliklə yarışmayacaq. Argentina yarışını da buracacaq.
Ostində isə nə olacağını görəcəyik. Bu prosesi addım-addım izləyəcəyik. Sağalma prosesi sürətli deyil. Əksinə yavaş gedir. Əgər sümük yetərində qaynamasa və yetərli kallus əmələ gəlməsə, yan təsirlər ortaya çıxa bilər.
Böyük ehtimalla Texasdakl yarışdan əvvəl onu yoxlayacağıq və vəziyyətə baxacağıq”.
Şərh əlavə et