Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Yarış tempində güclüyük

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, RB21 keçənilki bolidə nisbətən daha stabildir.

Kokpit.az xatırladır ki, Red Bull Bəhreyndəki qış testlərinin ilk günündə yaxşı performans göstərib. Maks Ferstappen günü üçüncü yerdə bağlayıb.

Helmut Marko: “Yarış tempində rəqabətədavamlı idik. Hətta ən sürətli biz idik. Bolidi artıq anlamaq daha asandır və yeni sazlanmalara normal formada reaksiya verir.

Keçən il yaşadığımız problemlərin ya tamamilə düzəldiyini ya da böyük miqyasda yaxşılaşdığını düşünürəm. Bolid indi daha geniş iş aralığına sahibdir və sürücülərə daha yaxşı performans təqdim edir.

Maksdan aldığımız geri bildirimlər də müsbətdir. Bolid artıq daha yaxşı sürüş hissi verir və edilən dəyişikliklərə gözlədiyimiz kimi reaksiya verir. Sürətli dövrəsində daha yaxşı nəticə əldə edə bilərdi, ancaq bu bizim üçün vacib deyil. Yarış tempində çox güclü idi və bu doğrudan da təsiredici idi”.

Rauf Hacıyev

Şərh əlavə et