Kokpit.az bildirir ki, Bəhreyndəki qış testlərinin ikinci günü buludlu və yağışlı hava şəraitində başlayıb. Əksər sürücülər bir neçə dövrə vurduqdan sonra boksa qayıtsalar da, Lyuis Həmilton və Esteban Okon trasda qalıblar. Lyuis C3 tərkiblərlə 1.33.680 zaman nəticəsi göstərərək, zirvəyə yerləşib.
Daha sonra Corc Rassell 1.30.379 zaman nəticəsi ilə liderliyi ələ alıb. 40 dəqiqə geri qaldıqdan sonra onu Liam Louson, Lyuis Həmilton, Fernando Alonso, Esteban Okon, Niko Hülkenberq və Yuki Tsunoda izləyiblər.
Bu əsnada Corc Rassell C3 tərkiblərlə ardıcıl dövrələr vururdu. Lyuis Həmilton C3 tərkiblə atdığı dövrə ilə Corc Rasselli 0.092 saniyə geridə qoyub və zirvəyə yerləşib. Buna baxmayaraq yeddiqat Dünya Çempionu dövrələr vurmağa davam edib və nəticəsini 0.207 saniyə yaxşılaşdıraraq 1.30.280 zaman nəticəsi ilə zirvədəki yerini qoruyub.
Sessiyanın 1 saatı geri qaldıqdan sonra dövrə vurmayan yeganə pilot McLaren-dən Oskar Piastri olub.
Yağışın güclənməsi ilə bütün sürücülər boksa qayıdıblar. Yalnız Esteban Okon keçid təkərləri ilə trasa çıxıb. Yağışlı havada sürücülər bəzən trasa çıxsalar da, yaxşı dövrələr atmayıblar.
Tras quruduqca sürücülər trasa qayıdıblar. İki saat yarım geridə qalarkən Oskar Piastri dövrəvi nəticə göstərib. Avstraliyalı sürücü 1.32.719 zaman nəticəsi ilə yeddinci olub.
Səhər sessiyasının bitməsinə 1 saat 10 dəqiqə qalmış Karlos Sayns C2 tərkiblərlə ən sürətli ilk sektoru əldə etsə də, lider Lyuis Həmiltondan 0.010 saniyə geridə qalıb.
Corc Rassell C3 tərkiblərlə 1.29.879 zaman nəticəsi göstərib və qısa müddət ərzində liderliyə yüksəlib. Lakin Lyuis Həmilton 1.29.670 zaman nəticəsi ilə liderliyi yenidən geri alıb.
Oskar Piastri C3 tərkiblərlə atdığı dövrə ilə Lyuis Həmiltondan 1.169 geridə qalıb və beşinci olub.
Lyuis Həmilton yenidən öz nəticəsini yaxşılaşdırıb. Britaniyalı sürücü öz nəticəsini 0.29 saniyə yaxşılaşdıraraq, 1.29.379 zaman nəticəsi ilə zirvədəki yerini gücləndirib.
Səhər sessiyasının bitməsinə 30 dəqiqə qalmış Oskar Piastri ilə Niko Hülkenberq arasında xırda insident yaşanıb. Piastrinin sol ön təkəri Hülkenberqin sağ arxa təkərinə təmas edib. Lakin iki bolid də zədələnməyib. Oskar Piastri C2 tərkiblərə keçərək dövrələr vurmağa davam edib.
Lyuis Həmilton yeni C3 tərkiblərə keçib, trasa çıxsa da, sessiya qırmızı bayraqlarla dayandırılıb və o, yeni dövrəvi nəticə göstərə bilməyib. Beləliklə, Bəhreyndə testlərin ikinci günündə səhər sessiyasının birincisi Lyuis Həmilton olub. Onu Corc Rassell və Karlos Sayns izləyiblər.
Şərh əlavə et