Xəbəri Kokpitdə Oxuyun!

Qış testlərinə debütant sürətli başlayıb

Formula 1 üzrə mövsümöncəsi qış testlərinin ilk gününün yarısı geridə qalıb. Mercedes komandasının debütant sürücüsü Kimi Antonelli hələki zirvədədir.

Kokpit.az bildirir ki, 2025-ci il mövsümü Bəhreyndəki qış testləri ilə başlayır.

Səhər sessiyasında sükan arxasına bu sürücülər keçiblər:

McLaren: Oskar Piastri
Ferrari: Lyuis Hamilton
Red Bull: Liam Louson
Mercedes: Andrea Kimi Antonelli
Aston Martin: Fernando Alonso
Alpine: Cek Duhən
Haas: Oliver Berman
Racing Bulls: Yuki Tsunoda
Williams: Aleks Elbon
Sauber: Niko Hülkenberq

Səhər sessiyasında heç bir komanda problem yaşamayıb. Trasa ilk olaraq Kimi Antonelli çıxıb. Ən gec çıxan sürücü isə McLaren-dən Oskar Piastri olub. Avstraliyalı sürücü günün ilk yarısını demək olar ki, qarajda keçirib.

Günün ilk yarısının bitməsinə 1 saat qalmış Red Bull komandasından Liam Louson sarı bayraqlara səbəb olub. Buna baxmayaraq o bolidini özü boksa apara bilib.

Bütün komandalar günün ilk yarısında proqramlarını bitirə biliblər. Dörd saat ərzində liderlik tez-tez əl dəyişdirsə də, sonda zirvədə Mercedes komandasından Kimi Antonelli yer alıb. Liam Louson ikinci, Alek Elbon üçüncü, Yuki Tsunoda dördüncü, Lyuis Həmiltob beşinci, Cek Duhən altıncı, Fernando Alonso yeddinci olublar. Onluğu Oskar Piastri, Niko Hülkenberq və Oliver Berman bağlayıblar.

Rauf Hacıyev

Şərh əlavə et