Xəbəri Kokpitdə Oxuyun!

Norris testlərin ilk gününü zirvədə bağlayıb

Bəhreyndə keçirilən mövsümömcəsi qış testlərinin ilk gününü McLaren komandasının sürücüsü Lando Norris zirvədə bağlayıb.

Kokpit.az bildirir ki, nahardan sonra trasa ilk olaraq Racing Bulls komandasından Ayzek Həcər çıxıb. Daha sonra isə sonuncu Dünta Çempionu Maks Ferstappen Hard təkərlərlə 1.33.344 zaman nəticəsi göstərərək, onuncu olub. Nideerlandlı sürücü daha sonda Hard təkərlərlə yenə dövrə vurub və lider Kimi Antonellidən 0.016 saniyə geri qalaraq, ikinciliyə yüksəlib.

Bu arada Ferrari komandasından Şarl Lekler də Hard təkərlərlə trasa çıxıb və ilk cəhdindən sonra 13-cü olub.

Nahardan sonra 1 saat keçsə də, McLaren yenə trasa çıxmağa tələsməyib. Lando Norris bir saatdan sonra trasa çıxmayan yeganə sürücü olub.

Corc Rassell Medium təkərlərlə trasa çıxıb və hər üç sektorda rekord qıraraq liderliyi ələ keçirib. Pyer Qasli isə Corcdan 0.271 saniyə geri qalaraq ikinci olub.

İkinci saatın sonlarında Lando Norris trasa çıxıb. Bu arada Şarl Lekler 91 saniyənin altına düşərək, 1.30.878 zaman nəticəsi göstərib və liderliyi Rasselldən alıb. Norris isə Medium təkərlərlə 1.31.251 zaman nəticəsi göstərib və üçüncü yeri tutub.

Sessiyanın bitməsinə iki saatdan az vaxt qalmış trasda işıqlar sönüb və sessiya qırmızı bayraqlarla dayandırılıb. Yarım saatdan sonra işıqlar yanıb, amma trasda bəzi yerlərdə işıqlar gec yanıb və buna görə sessiyanın başlaması da gecikib. Bir saata yaxın ləngimədən sonra yaşıl işıqlar yanıb və sürücülər yenidən trasa çıxıblar.

Lando Norris Medium təkərlə 1.30.430 zaman nəticəsi göstərib və zirvəni ələ keçirib. Lekler yarış tempində işləyib. Maks Ferstappen isə Medium təkərlə 1.30.674 zaman nəticəsi göstərib və ikinci olub.

Lakin bundan sonra Corc Rassell 1.30.587 zaman nəticəsi ilə ikinci yeri Ferstappenin əlindən alıb.

Sessiyanın qalanında əksər sürücülər yarış tempində işləyiblər və dövrəvi nəticələrdə dəyişiklik olmayıb.

Rauf Hacıyev

Şərh əlavə et