Kokpit.az xatırladır ki, ispaniyalı sürücü keçən il Dünya Çempionu olduqdan sonra Pramac Ducati-dən ayrılmış və Aprilia komandası ilə çoxillik müqavilə bağlamışdı. Amma yeni komandası ona yaramayıb və sonuncu Dünya Çempionu qış testlərində qəza edərək sol əlini zədələyib.
Mövsümün ilk yarışları Martinin Aprilia-ya öyrəşməsi üçün çox vacib idi. Lakin bu qəza İtalyan komandasının bütün planlarını alt-üst edib.
Aprilia komandası Tayland Qran Prisində Martinin yerinə test pilotları Lorenzo Savadorini yarışdıracaq. Martinin zədəsi düzəlməsə, italyan təmsilçisi Savadoriyə bir neçə yarışda da şans verəcək.
Şərh əlavə et