Kokpit.az bildirir ki, braziliyalı sürücü 2008-ci il Sinqapur Qran Prisinin ləğvini və Dünya Çempionluğunu istəyir. Buna görə də ilk məhkəmə 28-31 oktyabr tarixlərində Britaniyada başlayacaq.
Məhkəməyə Beynəlxalq Avtomobil Federasiyası (FİA), Formula 1 Rəhbərliyi (FOM) və Formula 1-in sabiq rəhbəri Berni Ekklstounun təmsilçiləri qatılacaqlar.
2023-cü ildə Berni Ekklstounun verdiyi intervyudan sonra Felipe Massa bu məhkəmə prosesini başlatmışdı. Sabiq rəhbər verdiyi intervyuda bildirmişdi ki, Sinqapurda Nelson Pikenin qəzasının qəsdən olduğunu o dövrün FİA prezidenti Maks Mosli ilə birlikdə bilsələr də, Formula 1-in imicini zədələməmək üçün susmuşdular.
Felipe Massanın vəkilləri bildiriblər ki, braziliyalı sürücü FİA və FOM-un qurbanı olublar. Burada problem Pikenin qəzası yox, FİA ilə FOM-un bunu bildiyi halda gizlətməsi olub.
Məhkəmə Massanın xeyrinə qərar versə, 2008-ci ilin nəticələri dəyişə bilər. Amma Formula 1 tarixində belə ləğv daha əvvəl olmayıb. Buna görə də prosesin necə gedəcəyi hələ məlum deyil.
Şərh əlavə et