Kokpit.az xəbər verir ki, RB21 gələn həftə Bəhreyndə – mövsümöncəsi sınaqlar başlamazdan əvvəl ilk dəfə nümayiş etdiriləcək.
Keçən il Maks Ferstappen ardıcıl dördüncü dəfə titul qazana bilib, baxmayaraq ki, mövsüm onun üçün o qədər də rahat keçməyib. Lakin McLaren Mühəndislər Çempionatında zəfər əldə edib. Üstəlik, Red Bull Racing Ferrari-yə kifayət qədər uduzaraq cəmi üçüncü olub.
Təbii ki, dördqat dünya çempionunun atası Milton Keyns komandasının çətinliklərini yaxşı bilir və bu, onu narahat etməyə bilməz.
“Başqa komandaların nə etdiyini bilmirik. Gələn həftə hamı testlərə başlayacaq və sonra mənzərə tam olmasa da, daha aydın olacaq”, – deyə Yos Sr RaceXpress-ə müsahibəsində bildirib. – Ümumiyyətlə, Red Bull-un yaxşı bolid hazırladığını gözləmək və ümid etmək olar, çünki Maks üçün bu, inanılmaz dərəcədə vacibdir.
Komandaya yeni insanlar qoşulduqda onlar hələ də bunu edə bilirlərmi? Axı bu, hər şeyin dəyişəcəyi gələn 2026-cı ilə də aiddir. Əgər nəticə vermirsə, növbəti illər üçün də narahat olacaqsınız. Ümumiyyətlə, biz optimistik, amma komandanın irəliləyişini görmək istəyirəm”.
Yeri gəlmişkən, Yosun özünü daha bir ralli qələbəsi münasibətilə təbrik etmək olar: bugünlərdə o, komanda yoldaşı Reno Jamula ilə birlikdə Verstappen.com Racing komandası üçün Skoda Fabia sürərək Belçika çempionatının birinci mərhələsinin qalibi olub.
Şərh əlavə et