Xəbəri Kokpitdə Oxuyun!

Mercedes W16 təqdim edilib

Mercedes komandası 2025-ci il bolidi W16-nı təqdim edib.

Kokpit.az xatırladır ki, “gümüşü oxlar” fevralın 18-də Londonda keçirilən F1 75 tədbirində rəng çalarını təqdim etmişdi. Almanlar bu dəfə isə W16-nı ictimaiyyətə göstərib.

Mercedes altlıq effektli maşınlarda çətinlik çəkirdi. Onlar W16 ilə bu problemi həll etməyi hədəfləyir. Mercedes xüsusilə keçən il ideal sazlanma tapmaqda çətinlik çəkdi və performansları hər yarış dəyişirdi. Buna baxmayaraq Corc Rassell və Lyuis Həmiltonla 4 yarış qazana bilmişdilər. Mövsümü isə 4-cü yerdə bitirmişdilər.

Bu il komandanın heyətində dəyişiklik olub. Əfsanəvi Lyuis Həmilton Ferrari-yə keçib və onu Andrea Kimi Antonelli əvə edib. Belə olan halda komandanın yeni lider pilotu Corc Rasselldir.

Corc Rassell: “Bu il böyük dəyişiklik olacaq. Sözün açığı hər il bir problemi həll etdiyimizi düşünürük, amma yeni bir problem ortaya çıxır.

Bu dədə etdiyimiz dəyişiklikdə intizamlı davrandıq və əvvəlki səhvlərə düşməmək üçün simulyatorda daha təmiz iş gördük. İndiyə kimi inkişafımız yaxşıdır. Bizi maraqlı mövsüm gözləyir”.

Qeyd edək ki, Mercedes komandası sabah Bəhreynin Saxir trasında W16 ilə çəkiliş günü edəcək.

Rauf Hacıyev

Şərh əlavə et