Xəbəri Kokpitdə Oxuyun!

Red Bull ən çox pul xərcləyən komandadır?

Son çıxan xəbərlərə əsasən Red Bull komandası Londondakı təqdimat üçün 800 min funt xərcləyib.

Kokpit.az xatırladır ki, fevralın 18-də Londonin O2 Arenasında böyük təqdimat mərasimi baş tutub. Burada bütün komandalar 2025-ci il maşınlarının rəng çalarını təqdim ediblər.

Komandalar bu təqdimatda rəqiblərinə və azarkeşlərə təsir etmək üçün qeyri-adi şou proqramları hazırlamışdılar. Təqdimat xərcləri marketinq büdcəsinə daxil olduğu üçün burada xərclənən pul büdcə limitinə təsir etmir.

Buna görə də bəzi komandalar daha sadə təqdimat etdiyi halda, bəziləri azarkeşləri heyran qoyublar. Red Bull komandası da ən çox pul xərcləyənlərdən biridir.

Komanda bu tədbir üçün böyük rəqs qrupunu dəvət edib və deyilənə görə bu təqdimar “qırmızı öküzlər”in marketinq şöbəsinə 800 min funta başa gəlib. Təqdimat 7 dəqiqə olsa da, komanda çox pul xərcləyib.

 

Rauf Hacıyev

Şərh əlavə et