Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-un test proqramı bəlli olub

Gələn həftə Bəhreyndə üç günlük mövsümöncəsi testlər keçiriləcək. Fevralın 26, 27 və 28-də bütün Formula 1 komandaları Saxır trasında işləyəcəklər.

Red Bull Racing sürücülərinin testlərdə iştirak etmək üçün təqvimi bu gün açıqlanıb. Maks Ferstappen yeni RB21 avtomobilini ilk idarə edəcək. Hazırkı dünya çempionu fevralın 26-da səhər sessiyasında çalışacaq və günortadan sonra onu komanda yoldaşı Liam Louson əvəzləyəcək.

Cümə axşamı, fevralın 27-də Ferstappen RB21-i tək idarə edəcək. Louson Red Bull Racing testlərini tamamlayacaq və bütün cümə gününü sükan arxasında keçirəcək.

Qeyd edək ki, mövsümün ilk yarışı olan Avstraliya Qran Prisi martın 14-dən 16-dək baş tutacaq.

Elçin Zodorov

Şərh əlavə et