Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls RebelDot ilə müqavilə bağlayıb

Racing Bulls komandası özünə yeni sponsor tapıb.

Kokpit.az bildirir ki, italyan təmsilçisi 2025-ci il mövsümündən əvvəl RebelDot ilə yeni texnologiya tərəfdaşlığı bağlayıb. Bu müqavilə ilə komanda həm trasda, həm də trasdan kənarda performansı artıracaq son texnologiya ilə təmin olunacaq. RebelDot-un loqotipləri halonun alt hissəsinə vurulacaq.

Qeyd edək ki, RebelDot texnologiya məsləhətçiliyi və təkmilləşdirmə sahəsində fəaliyyət göstərir. Eyni zamanda ən yaxşı texnologiya şirkətlərindən biridir.

Racing Bulls-un rəhbəri Piter Bayer: “RebelDot-u komandamıza qatmaqdan və məlumat istifadəsini yaxşılaşdıracaq elektron həll yollarında onların mütəxəssisliklərindən faydalanacağımız üçün həyəcanlıyıq. Bu ortaqlıq həm bazada, həm də trasda daha sürətli və ağıllı işləməmizə kömək edəcək. Bundan başqa RebelDot sintetik enerjiyə sadiqdir. Bu da komandamızın və Formula 1-in gözləntiləri ilə üst-üstə düşür”.

RebelDot-un rəhbəri Tudor Ciuleanu: “Uzun illərdir ki, Formula 1 azarkeşiyəm. Buna görə də bu tərəfdaşlıq həm mənim üçün, həm də RebelDot üçün çox həyəcanvericidir. Formula 1 texnologiyanın və yüksək performansın mükəmməl birləşməsidir və bu dəyərlər həm mənə, həm də şirkətimizə hər gün motivasiya verir.

Bu tərəfdaşlıq hesabına süni intellekt və elektron innovasiya mövzusundakı mütəxəssisliyimizi dünyanın ən sürətli industriyalarından birinə aparırıq. Performansın limitlərini sona qədər istifadə etməyə və yarış dünyasının gələcəyinin bir parçası olmağa hazırıq”.

Komandanın yeni ağ rəng çaları Londonda təqdim olunan rəng çalarları arasında ən gözəli seçilmişdi.

Rauf Hacıyev

Şərh əlavə et