Kokpit.az bildirir ki, britaniyalı sürücü keçən ilin sonunda Mercedes komandasından ayrılaraq Ferrari-yə keçmişdi. O, mövsüm başlamamışdan əvvəl “qırmızılar”ın bolidlərində testlər edib.
Yeddiqat Dünya Çempionu Lyuis Həmilton Ferrari ilə ilk testindən danışıb: “Həyatda çox az xüsusi ilk olur. İlk öpüş, ilk görüş, ilk iş, ilk dərs günü…
Sözün açığı, elə bilirdim ki, bütün bu ilkləri yaşamışam. Uzun müddətdir yarışıram və düşünürdüm ki, heç nə mənə yeni gəlməyəcək. Amma burada yaşadıqlarım məni çox təəccübləndirdi. Ferrari maşınına ilk minəndə 21 yaşımda Formula 1-də debüt edərkən yaşadığım hissləri xatırladım”.
Lyuis Həmilton əlavə edib ki, Mercedes-dən ayrılıb Ferrari-yə keçməyində motor səsinin rolu böyük olub: “Ferrari motorunun titrəməsini hiss edəndə heyran qaldım. O an üzümü güldürdü. Bütün böyük pilotlar qırmızı kombinezonu geyinmişdilər. Bəs məndə necə olardı? İndi bu kombinezonu geyinmək və bu emblemi daşımaq mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, yaxşı işlər görərəm”.
Əfsanəvi sürücü sonda bildirib ki, Maranellodakı azarkeşlərdən çox təsirlənib: “Azarkeşlərin yerüstü keçiddə olacağını bilirdim. Amma davamlı deyirdim ki, bu yerüstü keçid haradadır? Nədən danışırlar? Sonda ilk döngəyə gələndə onları orada görmək gözəl hiss idi”.
Şərh əlavə et