Xəbəri Kokpitdə Oxuyun!

Williams rəng çalarını təqdim edib

Williams komandası 2025-ci il rəng çalarını təqdim edib.

Kokpit.az xatırladır ki, britaniyalılar fevralın 14-də Williams FW47-ni təqdim etsə də, müvəqqəti rəng çalarından istifadə etmişdi. Lakin Formula 1-in ən titullu ikinci komandası Londondakı F1 75 tədbirində yeni rəng çalarını ictimaiyyətə göstərib.

Yeni rəng çalarında tünd göy və qara rənglər üstünlük təşkil edirlər. Lakin bu gözlənilən idi. Komanda mövsüm ərzində bəzi yarışlar üçün xüsusi rəng çaları hazırlayacaq, amma bu gün təqdim olunan dizayn əsas olacaq.

Qeyd edək ki, Williams komandası bu il sürücü heyətinfə dəyişiklik edib. Franko Kolapinto komandanı tərk edib. Argentinalı sürücünü daha əvvəl 4 yarış qazanmış Karlos Sayns əvəz edəcək.

Rauf Hacıyev

Şərh əlavə et