Xəbəri Kokpitdə Oxuyun!

Sauber 2025-ci ilin rəng çalarını təqdim edib

Sauber komandası 2025-ci il mövsümündə yarışacağı rəng çalarını təqdim edib.

Kokpit.az xatırladır ki, Sauber keçən il Alfa Romeo yollarını ayırdıqdan sonra Kick ilə müqavilə bağlamış və ondan sonra bolidin rəngi yaşıl və qara rəng çalarına boyanmışdı.

İsveçrə təmsilçisi bu il də eyni rənglərə sadiq qalıb. Lakin rənglərin yerlərində bir az dəyişkənlik olub. Bununla da Sauber yeni mövsümdə də yaşıl-qara rəng çaları ilə yarışmağa davam edəcək.

Amma rənglərdən fərqli olaraq komandanın sürücü heyəti tamamilə dəyişilib. Valtteri Bottas və Quanyu Çjou komandanın sıralarını tərk ediblər. Onları təcrübəli Niko Hülkenberq və Formula 2 üzrə Dünya Çempionu Qabriel Bortoleto əvəz ediblər.

Qeyd edək ki, komandanın adı gələn ildən etibarən Audi F1 Team olaraq dəyişiləcək.

Rauf Hacıyev

Şərh əlavə et