Xəbəri Kokpitdə Oxuyun!

McLaren rəng çalarını təqdim edib

Mühəndislər Kubokunun son qalibi olan McLaren komandası Londondakı O2 Arenada 2025-ci il bolidinin rəng çalarını təqdim edib.

Kokpit.az bildirir ki, Formula 1-in 75-ci ili münasibəti ilə F1 75 tədbiri keçirilib və burada bütün komandalar 2025-ci il rəng çalarlarını təqdim ediblər.

Xatırladaq ki, McLaren komandası 2025-ci il bolidini fevralın 13-də Silverstounda trasa çıxarmışdı. Lakin orada müvəqqəti rəng çalarından istifadə olunmuşdu.

Komanda son illərdə olduğu kimi qara və narıncı rəng çalarına sadiq qalıb. Lakin bu dəfə narıncı rəngə üstünlük verilib. Bundan başqa MasterCard loqotiplərini bolidin ön qanadında görürük.

Keçən il Mühəndislər Kubokunu qazanan McLaren komandasının builki hədəfi hər iki cəbhədə də qalib olmaqdır.

“Narıncılar” sürücü heyətini qoruyan iki komandadan biridir. Onlar bu il də Lando Norris – Oskar Piastri cütü ilə yarışacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et