Xəbəri Kokpitdə Oxuyun!

Haas rəng çalarını təqdim edib

Haas komandası Londondakı O2 Arenada keçirilən F1 75 tədbirində rəng çalarını təqdim edib.

Kokpit.az xatırladır ki, amerikanlar daha əvvəl Haas VF-25-i trasa çıxarsalar da, maşını 2023-cü ilin rəng çalarına boyamışdılar. Bundan sonra 2025-ci ilin rəng çalarları barədə bir neçə versiya internetə buraxılmışdı. Lakin Haas Londondakı böyük tədbirdə son nöqtəni qoyub.

Amerika təmsilçisi keçən il daha çox karbon fiber rəngə sabib olsa da, bu il o hissələr ağardılıb. Xüsusən də ön burun və saydpod hissələrində ağ hissəciklər üstünlük təşkil edir. Bu da bolidin görüntüsünü daha da gözəlləşdirib.

Xatırladaq ki, Haas komandası mövsümə tamamilə yeni sürücü heyəti ilə başlayacaq. Niko Hülkenberq və Kevin Maqnussen 2024-cü ilin sonunda komandanın sıralarını tərk ediblər. Onları yarış qələbəsi olan Esteban Okon və gən istedad Oliver Berman əvəz edəcək.

Rauf Hacıyev

Şərh əlavə et