Kokpit.az xatırladır ki, Ferrari yeni rəng çalarını dünənki böyük təqdimatda ictimaiyyətə göstərmişdi. İtalyanlar bu gün çəkiliş günü etmək üçün Fyoranoya gəliblər. Gecədən trasa çoxlu azarkeşlər gəliblər və çadır quraraq gözləyiblər. Onların hamısı məşəllər yandıraraq, SF-25-in trasa çıxmasını gözləyiblər.
Ferrari komandasının prezidenti Con Elkan da çəkiliş gününə gəlib. Sükan arxasına isə ilk olaraq Şarl Lekler keçib. Monakolu sürücü trasa çıxaraq azarkeşləri salamlayıb və sonra boksa qayıdıb.
İlk şəkillərdə göründüyü kimi Ferrari komandası pull rod asılqan sisteminə keçib.
Şərh əlavə et