Kokpit.az bildirir ki, Formula 1-in 75-ci ili münasibəti ilə F1 75 tədbiri keçirilib və burada bütün komandalar 2025-ci il rəng çalarlarını təqdim ediblər.
Ferrari 2025-ci il maşınında gözlənildiyi kimi qırmızı rəngə üstünlük verib. Lakin motor qapağındakı HP loqotipi ağ boyanın üzərinə vurulub.
Bundan başqa keçən il Mayamidə HP komandaya gəldikdən sonra ağ rəngə boyanan ön və arxa qanadlar qorunublar.
“Qırmızılar” bu il sürücü heyətində də dəyişiklik edib. 2021-ci ildə komandaya gəlmiş və 4 yarış qazanmış Karlos Saynsla yollar ayrılıb. Onun əvəzində isə Formula 1-in ən titullu sürücüsü – yeddiqat Dünya Çempionu Lyuis Həmilton gətirilib.
Şərh əlavə et