Xəbəri Kokpitdə Oxuyun!

Alpine rəng çalarını təqdim edib

Alpine komandası İngiltərənin paytaxtı Londonda keçirilən F1 75 tədbirində 2025-ci ildə yarışacağı rəng çalarını təqdim edib.

Kokpit.az bildirir ki, fransız təmsilçisi bu mövsüm yenilənmiş çəhrayı və mavi rəng çalarına keçib. Bu dizayn 1992-ci ildə Brabham BT60N-ni xatırladıb. Çəhrayı burun və gümüşü mavi şassidən başqa saydpodlardakı BWT loqotipləri diqqətləri cəlb edir.

Bunlardan başqa komandanın yeni yanacaq tərəfdaşı var. Alpine 2024-cü ilin sonunda Castrol ilə yolları ayırıb və Eni ilə yeni tərəfdaşlıq qurub. İtalyan yağ istehsalçısının loqotiplərini isə motor qapağında çox aydın görə bilirik.

Komandada yeniliklər bununla bitmir. Esteban Okon 2024-cü ilin sonunda Alpine-dən ayrılıb və onu gənc Cek Duhən əvəz edib. Lakin avstraliyalı sürücü ilə altıyarışlıq müqavilə bağlanılıb. Əgər o gözləntiləri qarşılamasa, yerinə Franko Kolapinto gətiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et