Xəbəri Kokpitdə Oxuyun!

F1 75 tədbiri bu gün baş tutacaq

Bu gün Londonun O2 Arenasında Formula 1-in 75-ci ilinə həsr olunan F1 75 tədbiri keçiriləcək. Bakı vaxtı ilə 19 fevral 00:00-da başlayacaq tədbirdə komandalar 2025-ci il bolidlərinin rəng çalarlarını nümayiş etdiriləcəklər.

Kokpit.az bildirir ki, tədbirdə bütün komanda rəhbərləri, sürücülər və məhşurlar iştirak edəcəklər. Bundan başqa izləyiciləri şou proqramları da gözləyir.

Bu tədbirdə heç şübhə yoxdur ki, bütün gözlər yeddiqat Dünya Çempionu Lyuis Həmiltonda olacaq. Belə ki, britaniyalı sürücü ilk dəfə Ferrari-nin qırmızı paltarlarında səhnəyə çıxacaq.

Qeyd edək ki, Formula 1 üzrə 2025-ci il mövsümü fevralın 26-da Bəhreyndə qış testləri ilə başlayacaq.

Tədbiri Formula 1-in Youtube kanalından canlı izləyə bilərsiniz.

Rauf Hacıyev

Şərh əlavə et