Kokpit.az bildirir ki, Mercado Libre-nin əfsanəvi sarı loqotipləri 2025-ci ildən etibarən Alpine A525-in üzərində olacaq. Bu tərəfdaşlıq başda komandanın argentinalı test pilotu olan Franko Kolapinto başda olmaqla sürücü heyətini dəstəkləyəcək.
Mercado Libre son illərdə idman dünyasındakı varlığını gücləndirib. Onlar Alpine ilə müqavilə bağlayaraq Formula 1-dəki təsirlərini də artırıblar və Latın Amerikasındakı istedadları qlobal miqyasda dəstəkləyəcəklər. Şirkət idman vasitəsilə ilham verməyi, meydan oxumağı və dünya miqyasında milyonlarla insanla bağ qurmağı hədəfləyir.
Mercado Libre-nin baş marketoloqu Şon Sammers: “Formula 1 sürəti, innovasiyanı və inkişafı təmsil edir. Mercado Libre olaraq biz də bu dəyərləri paylaşırıq. Alpine komandası ilə tərəfdaşlığımızı böyütmək Latın Amerikasındakı Formula 1 sevgisini göstərir.
Boliddə imzamızı daşıyan əl sıxışma loqotipini görmək bizim üçün qürurdur. Gənc və istedadlı Franko Kolapintonun komandada çıxış etməsi isə bizi çox həyəcanlandırır”.
Alpine komandasının rəhbəri Oliver Ouks: “Mercado Libre ilə müqavilə bağladığımız üçün həyəcanlıyıq. Onların sürətə və yüksək performansa olan sevgisi komandamızın Formula 1-dəki dəyərləri ilə üst-üstə düşür.
Bu tərəfdaşlıq hesabına Latın Amerikasındakı azarkeşlərimizlə əlaqələrimiz güclənəcək və həm trasda, həm də trasdan kənarda bir yerdə böyük uğurlar qazanmağı səbirsizliklə gözləyirik”.
Şərh əlavə et