Bəs o, Scuderia ilə səkkizinci titulunu qazana biləcəkmi? Bu məsələ ilə bağlı müxtəlif fikirlər var və dünənki Williams təqdimatında da təbii ki, Ferrari-nin sabiq sürücüsü Karlos Saynsa də eyni sualları verilib.
Karlos Sayns: “Lyuislə mən heç vaxt komanda yoldaşı olmamışıq, ona görə də onun nəyə qadir olduğunu bilmirəm. Mən heç vaxt onun telemetriyasını görməmişəm, amma Şarl Leklerin işlədiyini görmüşəm və onun nə qədər yaxşı olduğunu bilirəm.
Müəyyən bir yarışçının imkanlarını yalnız bir halda az və ya çox dəqiq qiymətləndirə bilərsiniz: əgər siz onun komanda yoldaşısınızsa və onun nəyə qadir olduğunu görsəniz. Amma Lyuisin əvvəlki nəticələrinə və nailiyyətlərinə əsasən onu deyə bilərəm ki, onun Ferrari-də rəqabətədavamlı olma şansı çox yüksəkdir.
Amma həmişə olduğu kimi, hər şey onun maşına və komandaya nə dərəcədə uyğunlaşmasından asılı olacaq. O qədər dəyişən şeylər var ki, proqnoz vermək mümkün deyil. Bununla belə, Scuderia-nı tərk edəndə məndə belə bir hiss yaranmışdı ki, həm Ferrari, həm də Şarl çempionatda qələbə üçün mübarizə aparmağa hazırdırlar. Lyuisin gəlişi ilə bu şanslar daha da yaxşılaşa bilər”.
Şərh əlavə et