Kokpit.az xatırladır ki. Dördqat Dünya Çempionu Sebastyan Fettel 2022-ci il mövsümünün sonunda Formula 1 karyerasını başa vurmuşdu. Bununla belə Almaniya mətbuatı Fettelin idmana qayıtmaq üçün cəhdlər etdiyini yazırdı.
F1-Insider-in məlumatına görə almaniyalı sürücü 2024-cü ildə idmana qayıtmaq üçün Sauber ilə danışıqlar aparıb. Onun məqsədi 2026-cı ildə Audi brendi ilə yarışmağa başlayacaq komandanın bir hissəsi olmaq və layihəyə rəhbərlik etmək idi.
Bununla belə, Sauber komandasının keçmiş rəhbəri Andreas Zaydl və onu əvəz edən Mattia Binotto Fettellə işləməyə həvəsli olmayınlar. Əvəzində komanda təcrübəli Niko Hülkenberqi və gənc istedad Qabriel Bortoletonu heyətinə qatmaq qərarına gəlib.
Beləliklə, Fettelin idmana qayıtmaq arzusu baş tutmayıb. Karyerasını bitirdikdən sonra Formula 1-dən tam ayrılmadığını tez-tez dilə gətirən dördqat Dünya Çempionu vaxtaşırı xüsusi şou yürüşlərinə qatılıb və diqqətini ekoloji məsələlərə yönəldirib.
Şərh əlavə et