Xəbəri Kokpitdə Oxuyun!

C.Batton yeni Williams FW47-ni təhlil edib

Formula 1 üzrə 2009-cu ilin Dünya Çempionu Censon Batton bildirib ki, o, Williams FW47-ni yaxından təhlil edib.

Kokpit.az xatırladır ki, 2025-ci il bolidlərinin 2024-cü il bolidlərinin təkmilləşmiş versiyaları olacağı gözlənilirdi. Lakin Williams komandası Silverstoundakı çəkiliş günündə göstərib ki, FW47-də çoxlu yenilikkər var.

Censon Batton: “Hər şeydən əvvəl maşın çox gözəl görünür. Sizlərin də bildiyiniz kimi 2025-ci ildə böyük dəyişikliklər gözləmirik. Ancaq Williams FW47-də çox yenilik var. Bu əla xəbərdir.

Komandanın üzərində işlədiyi sahələr arasında yüksək asfaltayatma qüvvəsi tələb edən aerodinamik həssaslıq var. Ən yüksək asfaltayatma qüvvəsinə sabib olmaq həyəcanlıdır, amma vacib olan bunu normada etməkdir. Bu da sürücülərdə inam yaradır”.

Qeyd edək ki, Williams komandası yeni bolidini müvəqqəti rəng çalarında təqdim edib. Əsas rəng çalarını isə fevral 18-də Londondakı O2 Arenada F1 75 tədbirində görəcəyik.

Rauf Hacıyev

Şərh əlavə et