Kokpit.az bildirir ki, maşının şəkilləri Haas komandasının rəsmi hesabında yayımlanıb. Bu test sürüşündə komandaya Alpine-dən transfer olan Esteban Okon iştirak edib.
Amerika təmsilçisi Silverstounda testə 2023-cü ilin rəng çalarında çıxıb.
Haas komandası builki rəng çalarınş fevralın 18-də Londonun O2 arenasında keçiriləcək F1 75 tədbirində göstərəcək.
Xatırladaq ki, Haas bu il sürücü heyətini tamamilə dəyişib. Kevin Maqnussenlə Niko Hülkenberq komandadan ayrılıb. Onları Esteban Okonla Oliver Berman əvəz ediblər.
Şərh əlavə et