Kokpit.az bildirir ki, ABŞ-ın böyük kripto birjalarından biri olan Coinbase 2025-ci il mövsümündən etibarən britaniya komandasının əsas sponsorlarından biri olacaq.
Açıqlamaya görə tərəflər uzunmüddətli müqaviləyə imza atıblar. Coinbase-in loqotipləri AMR25-in halosunda, arxa qanadında olacaq.
Bundan başqa loqotiplər Fernando Alonso və Ləns Strollun kambinezonlarına da yerləşdiriləcək.
Aston Martin-in Cefferson Slək: “Bu tərəfdaşlıq Coinbase-in elektron maliyyə sahəsində liderliyini göstərir. Müqavilə USDC tərəfindən edilib və innovasiyaya olan bağlılığımızı isbatlayır”.
Aston Martin-in başqa sponsorlarla anlaşması gözlənilir.
Şərh əlavə et