Kokpit.az bildirir ki, serial ictimaiyyətdən qarışıq rəylər alıb. Onu bəyənməyənlər arasında Sennanın ən böyük rəqibi, dördqat dünya çempionu Alen Prost da var. O, hesab edir ki, serialda realizm yoxdur.
RMC Motori Alen Prostdan sitat gətirir: “Əminəm ki, Ayrton özü də serialı ən azından faktlara kifayət qədər diqqət yetirmədiyinə görə bəyənməzdi. Əla hekayədir, amma doğru olmayan şeyləri ora əlavə etmək olmaz. Əgər müəlliflər kommersiya layihəsi hazırlayırlarsa, o zaman Sennanın adından istifadə etmək düzgün deyil. Bu yanaşmanı bəyənmirəm və qəbul etmirəm”.
Xatırladaq ki, ikilinin mübarizəsi barədə 2010-cu ildə Asif Kapadia tərəfindən də Senna sənədli filmi çəkilmişdi. Başdan sona real səhnələr və real şəxslərin müsahibələrindən ibarət olan həmin film barədə də düşüncələr birmənalı olmamışdı. Filmi tənqid edənlər onun Senna nöqteyi-nəzərindən çəkildiyini, Senna-Prost münasibətlərinin obyektiv göstərilmədiyini bildirirdilər.
Şərh əlavə et