Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen yeni dəbilqəsini təqdim edib

Red Bull komandasının sürücüsü Maks Ferstappen 2025-ci ildə yarışacağı dəbilqəni təqdim edib.

Kokpit.az bildirir ki, niderlandlı sürücü kartinqdə yarışdığı zaman istifadə etdiyi dəbilqənin dizaynına keçib. Yeni dəbilqə onun atasını xatırladır.

Belə ki, Yos Ferstappen 1994-2001-ci illərdə Formula 1-də yarışarkən dəbilqəsində Niderlandın bayrağındakı qırmızı, ağ və göy rənglərdən istifadə etmişdi.

Dəbilqə Maks Feratappenin son illərdə istifadə etdiyi dəbilqələrə bənzəyir. Ancaq dördqat Dünya Çempionu açıqlamasında yeni dəbilqəsindəki detallardan danışıb: “Bu dəbilqə dörd yaşımda yarışmağa başkadığım dizaynla eynidir.

Atamın dəbilqəsinə bənzəyir və bununla qürur duyuram. Yarışmağa başlayanda atamın dəbilqə dizaynı mənim üçün çox vacib idi və taqdığım üçün qürur duyurdum.

Kiçik detallardan biri də Niderland bayrağını təmsil edən qırmızı və mavi rənglərdir. Mümkün qədər sadə tutmağa çalışdım və bu mənim xoşuma gəlir. Təbii ki, üst hissəsində aslan şəkli də var.

Qətiliklə deyirəm ki, bu bizim ailəmizin dizaynıdır. Bəzi detallar dəyişib, ancaq ümumilikdə keçmişimizə geri qayıtdıq. Buna görə çox xoşbəxtəm”.

Rauf Hacıyev

Şərh əlavə et