Kokpit.az bildirir ki, italyanlar 2025-ci il Dünya Dözümlülük Çempionatı (WEC) üçün 499 Le Mans Hypercar maşınlarının retro rəng çalarını təqdim edib. Ferrari keçmişdən ilham alan tünd qırmızı rəng tonu ilə ardıcıl üçüncü mövsümdə mübarizə aparacaq.
Ferrari-nin idman avtomobilləri üzrə məsulu Antonelli Koletta bildirib ki, yeni rəng 2019-cu il Le Man yarışında 70-ci ildönüm qələbəsində istifadə olunan tona yaxındır. Rəng çalarında Modena sarısı detallarına da yer verilib. Bu xəttlər artıq maşının yan tərəfində yox, tavan hissəsində olacaq. Bu dəyişikliyin əsas səbəbi isə maşının trasdakı yerini göstərəcək yeni LED işıq panellərinin vacibliyidir.
Koletta bildirib ki, bu sarı detallar 1970-ci illərdəki 312PB Group6 prototipini xatırladır. Mario Andrerti və Ceki İx 1972-ci ildə sarı xəttli maşınla 12 saatlıq Sebrinq marafonunda qalib gəlmişdi.
Ferrari bu il də keçənmövsümkü heyəti ilə mübarizə aparacaq. 50 nömrəli maşını Nimlas Nilsen, Antonio Fuoko və Migel Molina sürəcək. 51 nömrəli maşında isə Antonio Covinatsi, Ceyms Kalado və Alessandro Pyer Quidi çıxış edəcək.
WEC mövsümü 28 fevralda Qətərdə start götürəcək. Mövsümöncəsi qış testləri isə 21-22 fevral tarixlərində baş tutacaq.
Şərh əlavə et