Kokpit.az bildirir ki, Formula 1 bu həftə Allwyn ilə tərəfdaşlıq qurmuşdu. Bundan bir neçə gün sonra isə McLaren britaniyalı şirkətlə sponsorluq müqaviləsi bağlayıb. Müqavilə həm real, həm də virtual yarış əməliyyatlarını əhatə edir.
McLaren Racing-in rəhbəri Zek Braun: “Allwyn ilə müqavilə bağladığımız üçün sevincliyik. 2024-cü ildə gözəl mövsüm keçirdik. Həm komanda, həm idman güclənməyə davam edir.
Beynəlxalq brend olan Allwyn-in bizə qoşulması əla oldu. Birlikdə yarışmağa başlamaq üçün səbirsizliklə gözləyirik”.
Allwyn-in qurucusu Karek Komarek: “Bu həyəcanverici tərəfdaşlıq Allwyn-in qlobal miqyasda böyüməsi üçün bir addımdır.
McLaren ilə olan tərəfdaşlığımız texnologiya ilə qidalanan və innovasiyaya köklənmiş ortaqlıqdır. Bunlar Allwyn-in inkişafına yön verən əsas ünsürlər olacaq”.
Müqaviləyə əsasən Allwyn-in loqotipləri McLaren-in bolidində, Lando Norris və Oskar Piastrinin kombinezonunda olacaq.
Allwyn-in rəhbəri Robert Çvatal: “McLaren Formula 1-də cəlbediciliyi olan əfsanəvi brenddir. Formula 1-in ən uğurlu komandalarından biridir və güclü pilotları var.
Allwyn olaraq fəaliyyət göstərdiyimiz hər yerdə insanlara təhlükəsiz oyun təcrübəsi təqdim edirik. McLaren və Formula 1 dünyası da təhlükəsizliyə üstünlük verir”.
Şərh əlavə et