Xəbəri Kokpitdə Oxuyun!

Tarixdə ilk – Tag Heuer Monako QP-nin sponsoru olub

Tag Heuer Monako Qran Prisinə titul sponsoru olaraq Formula 1-də bir ilkə imza atıb.

Kokpit.az bildirir ki, Formula 1-in ən prestijli yarışı olan Monako Qran Prisi ilk dəfə titul sponsoru alıb. Bu ildən etibarən məşhur saat brendi olan Tag Heuer Monako Qran Prisinin rəsmi titul sponsoru olacaq.

Qeyd edək ki, Tag Heuer bu il həm də Formula 1-in rəsmi xronometrajçısı olub. İsveçrəli saat markasının loqotipləri Monako trasının fərqli yerlərinə yerləşdiriləcək. Bu xüsusi tərəfdaşlığı qeyd etmək üçün xüsusi loqotip hazırlanıb.

Formula 1-in rəhbəri Stefano Domenikali: “Bu, Formula 1 tarixi üçün möhtəşəm andır. Tag Heuer Monako Qran Prisinin ilk titul sponsoru oldu. Onsuz da Tah Heuer-in Monaco ilə xüsusi əlaqəsi var idi və onlar bu xüsusi tədbirə sevgi, yaradıcılıq və tərz qatacaqlar”.

Tag Heuer-in rəhbəri Antuan Pin: “Rəqabətədavamlı ruhu, çətin şəhərtipli tras olduğuna və sürücüləri fiziki və zehni cəhətdəm yorduğuna görə Monako brendiminiz genlərini mükəmməl formada əks etdirir”.

Qeyd edək ki, LVMH Formula 1 ilə 1 milyard dəyərində müqavilə bağlayıb. Tag Heuer-dən başqa Luis Vuitton və Moët & Chandon kimi brendlər də yarışlara sponsor olublar.

Luis Vuitton Avstraliya Qran Prisinə, Moët & Chandon isə Belçila Qran Prisinə titul sponsoru olublar. Bundan başqa Moët & Chandon Formula 1-in rəsmi şampan tədarükçüsü olub.

Rauf Hacıyev

Şərh əlavə et