Xəbəri Kokpitdə Oxuyun!

Şayiə: Red Bull-un 2026-cı il motorunda problemlər var?

Red Bull Racing 2026-cı ildə Red Bull Powertrains tərəfindən Ford ilə əməkdaşlıq çərçivəsində hazırlanmış öz güc aqreqatlarına keçəcək. Komanda buna böyük ümidlər bəsləyir və mühərriklərin yaradılması və istehsalını son iyirmi ildə özünün ən böyük layihəsi adlandırır.

Lakin xarici mətbuat bu mərhələdə layihənin problemlərlə üzləşdiyini öyrənə bilib. İtalyan Autosprint-in son buraxılışı öz mənbələrinə istinadən yazır ki, güc qurğusunun stend sınaqları güc çatışmazlığını göstərir. Bununla belə, yeganə problem bu deyil – sınaq nümunələri də aşağı etibarlılıq nümayiş etdirir və komanda bunu daha ciddi problem hesab edir.

Red Bull-un yaranmış problemləri həll etmək üçün bir il vaxtı var, lakin Honda-nın son təcrübəsi göstərir ki, sıfırdan qurulmuş hibrid güc qurğusunu rəqabətqabiliyyətli səviyyəyə çatdırmaq üçün bir neçə il lazım olacaq.

Əgər həqiqətən də Red Bull Powertrains mühərriklərində problemlər varsa, o zaman bunu qarşıdakı mövsümdə Maks Ferstappenin başqa komandaya keçməsi ilə bağlı artan şayiələrin intensivliyi ilə başa düşmək olacaq…

Elçin Zodorov

Şərh əlavə et