Xəbəri Kokpitdə Oxuyun!

Yarış direktoruna yeni müavin təyin edilib

FİA Cenevredəki məsafədən əməliyyat mərkəzində adi əməkdaşlar da daxil olmaqla, 6 vəzifəli əməkdaş və geniş bir yarış əməliyyatları komandasından formalaşan yarışların idarəedilməsi strukturunu gücləndirir.

Dəyişikliklərlə bağlı son açıqlamalardan sonra aydın olur ki, federasiya Rui Markeşi hələlik yarış direktoru vəzifəsində saxlamaq qərarına gəlib və Kler Dabbelmanı onun müavini təyin edib.

Rui Markeş keçən il Las Veqas Qran Prisindən əvvəl istefaya göndərilən Nils Vittixi əvəz edərək Formula 1 yarış direktoru vəzifəsini icra edib. The Race-in məlumatına görə, portuqaliyalı mütəxəssis 2024-cü ilin son üç yarışını idarə edib və 2025-ci ilin əvvəlində də postunu qoruyacaq.

Yeni müavin təyin olunmuş Kler Dabbelman FİA-nın Rəsmi Performans Təkmilləşdirmə Proqramının məzunudur.

FİA gələcəkdə yarış direktorlarını rotasiya etmək üçün kifayət qədər işçi heyətinə sahib olmaq və direktorlardan biri iş üçün əlçatmaz olarsa, mümkün əvəzetmə təmin etmək istəyir. Buna nail olmaq üçün proqrama 12 yeni tələbə daxil edilib – altı stüard və altı yarış direktoru.

Elçin Zodorov

Şərh əlavə et