Xəbəri Kokpitdə Oxuyun!

RB-nin builki bolidi Red Bull-dan ilhamlanacaq?

İtaliyadan gələn xəbərlərə görə Racing Bull komandasının builki bolidi Red Bull-un keçənilki bolidindən ilhamlanacaq. Belə ki, yeni boliddə Red Bull RB20-nin ön asılqanından və saydpodlarından istifadə ediləcək.

Kokpit.az xatırladır ki, RB komandası keçən ilin son 3 yarışında bolidin arxa tərəfində yeniliklər etmiş və Red Bull RB20-nin bəzi komponentlərindən istifadə etmək qərarı almışdı. Red Bull-un bala komandası son 3 yarışdan RB20-nin arxa asılqanından və ötürmələr qutusundan istifadə etmişdi.

İtaliya mətbuatı indi də xəbər verir ki, Racing Bulls builki VCARB02 layihəsində RB20-nin arxa asılqanından, ötürmələr qutusundan və saydpodlarından yararlanacaq. İtalyan təmsilçisi bundan başqa artıq əksər komandalarda olan tərs L şəklindəki soyutma girişli maşın hazırlayacaq. Bu giriş sadəcə daxili tərəfdən bağlantılı olan üfüqi və şaquli hava girişinə sahib olacaq.

RB VCARB02 keçən ilə nisbətən fərqli ön qanada sahib olacaq. Bu Əbu Dabidə təqdim edilən versiyadan fərqlənəcək.

Racing Bull komandasının Red Bull-dan aldığı detallar qaydalara uyğun olsa da, rəqib komandalar “qırmızı öküzlər”in iki bolidlə yarışdığı ilə bağlı şikayətlər edə bilərlər.

Lakin komandanın rəhbəri Piter Bayer bildirib ki, bu şikayətlərdən narahat deyil: “Sözün açığı belə tənqidlər məni narahat etmir, çünko FİA-da yetəri qədər işləmişəm və rəqib komandaların necə iş birliyi etdiyini çox yaxşı bilirəm.

Dah əvvəl də dedim, indi də deyirəm – Ferrari və Haas komandalarının işləmə forması bizimlə Red Bull-un işləmə formasından daha yaxındır. Bu idmanda hamı bir-birilə qəddarca mübarizə aparır və bir-birinin quyusunu qazmağa çalışır.

Amma geriyə çəkilib, sürücülərimizin və mühəndislərimizin verdiyi geribildirimləri dinləsəniz, maşınımız tamamilə fərqli olduğunu görəcəksiniz. Bu, bəsit bir nüsxə olsaydı, hazırda daha yüksək pillələr tutardıq”.

Rauf Hacıyev

Şərh əlavə et