Kokpit.az bildirir ki, McLaren Formula 1 komandası aerodinamik rəhbəri Piter Prodromu ilə müqaviləni uzatdığını açıqlayıb. Prodromou McLaren-in 2024-cü il mövsümündə doqquzuncu komanda Mühəndislər Kubokubu qazanmasında mühüm rol oynamışdı.
Komandanın rəhbəri Andrea Stella müqavilənin uzadılması barədə bunları deyib: “Piterlə çoxillik müqavilə ilə yenilədiyimizi sevinclə elan edirəm. Piter mədəni, təşkilati və texniki baxımdan komandaya böyük töhfələr verib və performansımızın artmasında əsas rol oynayıb. Onun liderliyi olmasaydı, biz bu uğura qazanabilməzdik”.
Piter Prodromou isə açıqlamasında belə deyib: “McLaren F1 Komandasının Texniki Direktoru kimi vəzifəmi davam etdirməkdən çox xoşbəxtəm. Belə komandanın bir hissəsi olmaqdan qürur duyuram.
Keçən mövsüm əldə etdiyimiz uğurdan sonra mən gələcəkdə daha çox çempionluqlara töhfə verməyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, 1991-ci ildə McLaren-də işləməyə başlayan Prodromu 2006-cı ildə Red Bull-a keçib. Lakin 2014-cü ildə McLaren-ə qayıdan britaniyalı mühəndis 2023-cü ildə Andrea Stellanın yeni texniki strukturu çərçivəsində aerodinamika üzrə texniki direktor vəzifəsinə yüksəlib
Şərh əlavə et