Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Gate.io ilə mqavilə bağlayıb

Red Bull komandası kripto valyuta birjası olan Gate.io ilə çoxillik müqavilə bağlayıb.

Kokpit.az xatırladır ki, keçən mövsümün sonunda Red Bull ilə Bybit arasındakı tərəfdaşlıq sona çatmışdı və “qırmızı öküzlər” bu boşluğu doldurmaq üçün axtarışa çıxmışdılar.

Bazar ertəsi verilən açıqlama ilə Red Bull kripto valyuta birjası olan Gate.io ilə müqavilə bağlayıb.

Red Bull komandasının rəhbəri Kristian Horner: “Gate.io-nu komandamıza qatdığımız üçün çox həyəcanlıyıq.

Gate.io da Oracle Red Bull Racing kimi texnoloji innovasiyanın ön cəbhəsindədir. Azarkeşlərimiz üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik. Bundan başqa bizim kimi hazırkı rejimi dəyişdirməkdən qorxmayan ortaqla işləmək bizi xoşbəxt edir”.

Gate.io-nun loqotipləri Red Bull-un 2025-ci il bolidində Bybit loqotiplərini əvəz edəcək. Bundan başqa komandanın geyimlərində yer alacaq. Loqotip Maks Ferstappenin dəbilqəsində də olacaq. Lakin Liam Lousonun dəbilqəsində olub-olmayacağı müəmmalıdır.

Gate.io-nun qurucusu və rəhbəri Dr. Lin Han tərəfdaşlıq barədə bunları deyib: “Gate.io olaraq innovasiya və Performansın bütün olduğuna inanırıq. Bu həm blockchain, həm də yarış üçün keçərlidir.

Red Bull komandası mühəndislik limitlərini necə sona qədər işlədirsə, biz də blockchain texnologiyasını davamlı təkmilləşdiririk”.

Rauf Hacıyev

Şərh əlavə et