Xəbəri Kokpitdə Oxuyun!

Radio danışıqların yayımlanması qadağan ediləcək?

Gərgin mübarizələr zamanı sürücülər radio danışıqlar zamanı hisslərini cilovlaya bilmirlər. Ynei mövsüm öncəsində FİA prezidenti qətiyyətli mövqedədir.

Kokpit.az xatırladır ki, bu mövzuda mübahisələr keçən il Muhammed bin Sulayemin sürücülərin radio əlaqə zamanı istifadə etdikləri dili reperlərin dili ilə müqayisə etməsi və nəticədə sürücülər birliyindən (GPDA) ciddi reaksiya görməsi ilə başlamışdı.

FİA-nın bu yaxınlarda İspaniyada keçirilən sammitində çıxış edən Ben Sulayem məsələni yenidən gündəmə gətirərək, bu fenomenlə mübarizə üçün bütün variantların nəzərdən keçirildiyini bildirib. Onun ideyalarından biri radio rabitəsinin televiziya efirinə ötürülməsini tamamilə aradan qaldırmaqdır, lakin burada FIA FOM-un ərazisinə “təcavüz edir” – premium abunə paketlərində sürücülər və pit-leyn arasında istənilən mesaj mübadiləsi real vaxt rejimində təkrarlanır və problem yaranarsa, FİA hüquqi tədbirlərlə üzləşir.

Bundan əlavə, qışda Sulayem deyib ki, “onun idarəetmə üsullarını müzakirə etmək sürücülərin işi deyil” və cavab olaraq ona qeyri-kommersiya federasiyasının kommersiya məsələlərinə qarışmamalı lazım olduğu işarə edilib. Lakin İspaniyadakı sammitdə federasiya rəhbəri bu məsələdə də qəti mövqe sərgiləyib: “Biz hələ də çempionatın sahibiyik”.

Bütün bunlar FİA prezidenti ilə Formula 1 arasında davam edən münaqişənin mahiyyətini mükəmməl şəkildə ortaya qoyur…

Elçin Zodorov

Şərh əlavə et