Kokpit.az xatırladır ki, keçən il çempionluq yarışı çox sıx keçmiş və sonda Maks Ferstappen titulu qazanmışdı. Mclaren isə Mühəndislər Kubokunda bütün rəqiblərini üstələyə bilmişdi.
Buna baxmayaraq “narıncılar” bunun bir atımlıq barıt olmasını istəmirlər. Britaniyalıların builki hədəfi eyni zamanda Sürücülər Çempionatını da qazanmaqdır.
Zek Braun: “Heç şübhə yoxdur ki, Lando Norris favoritlər arasında olacaq. Bura Oskar Piastrini də əlavə edirəm. Maks Ferstappen, Şarl Lekler, Lyuis Həmilton və Corc Rassell titul uğrunda mübarizə aparacaqlar. Andrea Kimi Antonelli də 1 ya da 2 yarış qazana bilər. Hələ debütantdır və 24 yarışlıq təqvimdə onun da qarşısına fürsətlərin çıxma ehtimalı var. Liam Louson da güclü olacaq. Bundan başqa Fernando Alonsonu da unutmaq olmaz. Məncə, bizi inanılmaz bir mövsüm gözləyir”.
Şərh əlavə et