Xəbəri Kokpitdə Oxuyun!

Antonelli: Mən Həmilton deyiləm

Mercedes komandasının sürücüsü Kimi Antonelli özünü Lyuis Həmiltonla müqayisə etmir.

Kokpit.az xatırladır ki, Lyusi Həmiltonun bu il Ferrari komandasına keçib və onu Mercedes komandasında Kimi Andrea Antonelli əvəz edib.

18 yaşlı pilot bununla da 2025-ci ildə peletondakı ən gənc pilot statusunu daşıyacaq.

İtalyan sürücünün təkoturacaqlı maşınlarda təcrübəsi azdır. Buna görə də Mercedes komandası ona köhnə maşınlarla test etmək şansı verib.

Kimi Andrea Antonelli: “Özümü sadəcə Mercedes-in yeni pilotu kimi görürəm. Lyuis Həmiltonun yerinə keçdiyimi demək doğru deyil. O, bu idmanda böyük fiqurdur və inanılmaz işlər görüb. Mən sadəcə Mercedes-in yeni pilotuyam və öz yolumla gedərək uğurlar qazanmaq istəyirəm.

İşim asan deyil. Formula 1-dəki ilk mövsümümdə dünyanın ən yaxşı 19 pilotuna qarşı mübarizə aparacağam. Avtoidman dünyası, xüsusən də Formula 1 çox qəddardır. Amma mən özümə fokuslanacağam.

Hər gün, hər həftə işləyərək, özümü isbat etməyə çalışacağam. Hədəfim sadəcə qazanmağa çalışmaq olacaq. Daha əvvəl də dediyim kimi ətrafımda mənə kömək edən çoxlu insan var və xarici ünsürlərə fikir verməyərək, yarışlara köklənəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et