Kokpit.az xatırladır ki, keçən il Hornerin gələcəyi müəmmalı idi. Onu Conatan Vitlinin əvəzləyəcəyi deyilirdi. Lakin britaniyalı rəhbər komandada qalıb və 2030-cu ilə qədər vəzifəsindən getməyi düşünmür.
Kristian Horner: “Red Bull ilə 2030-cu ilə qədərə müqaviləm var və bu işi sonuna qədər görəcəm.
Həyatda həmişə yeni şeylər öyrənməlisən. Əgər bir gün hər şeyi bildiyini düşünsən, onda inkişaf edə bilməzsən və geriyə düşərsən. Bu qayda təkcə Formula 1 üçün yox, həyatda hər şey üçün keçərlidir.
Həmişə yeni şeylər öyrənməli və gələcəkdə daha yaxşı performans göstərməlisən. Bu idmanda güclü iradən olmalıdır. Tənqidlərə və təzyiqlərə qarşı dözümlü olub, işinə fokuslanmalısan.
Red Bull-da əla iş ortamımız var. İşçilər həvəslə işlərini görürlər. Əgər bu istək olmasaydı, bugünkü uğurları qazana bilməzdik”.
Qeyd edək ki, Kristian Horner 2005-ci ildən Red Bull-un rəhbəridir.
Şərh əlavə et