Kokpit.az bildirir ki, ispaniyalı sürücü keçən ilin Ducati GP24-ü ilə 1.56.493 zaman nəticəsi göstərib və Ducati-nin baza komandasının sürücüsü Françesko Banyayanı 0.007 saniyə qabaqlayaraq, testləri zirvədə bağlayıb. Aleksin bu dövrəsi dünən günün lideri olmuş Franko Morbidellinin dövrəsindən 0.7 saniyə sürətli olub.
Ümumilikdə isə bu gün əksər sürücülər nəticələrini yaxşılaşdırıblar. Testlərin ilk saatında Franko Morbidelli, Fabio Kuartararo və Françesko Banyaya 117 saniyənin altına düşə biliblər. Ancaq heç biri Aleks Markesin tempinə çata bilməyiblər. Gresini komandasının sürücüsü günün ikinci saatında zirvəyə yerləşib və günün sonuna qədər yerini qoruya bilib.
İkinci yeri Banyaya, üçüncü yeru Kuartararo, dördüncü yeri Franko Morbidelli tutub.
Pedro Akosta 6-cı olaraq, KTM sürücülərinə liderlik edib. Yohan Zarko isə yeddinci yeri tutaraq ən sürətli Honda sürücüsü olub.
Marko Bezzekki 61 dövrə vuraraq səkkizinci yerdə qərarlaşıb. Onluğu Xoan Mir və Aleks Rins bağlayıblar.
Cümə gününün ən sürətli debütantı isə yenə də Gresini komandasından Fermib Aldequer olub. O, günü komanda yoldaşı Aleks Markesdən 0.908 saniyə geridə 11-ci yerdə bağlayıb.
MotoGP komandasının əfsanəsi Andrean Dovitsiozo Sepanqda Yamaha ilə ilk dəfə trasa çıxıb və sonuncu yeri tutub. O, gün ərində 60 dövrə vurub və liderdən 3.5 saniyə geridə qalaraq, axırınxı olub.
Şərh əlavə et