Xəbəri Kokpitdə Oxuyun!

K.Saynsın atası oğlunun karyerası barədə danışıb

Karlos Sayns JR-un atası Karlos Sayns SR oğlunun Ferrari-dən ayrılma prosesindən danışıb.

Kokpit.az xatırladır ki, Ferrari komandası 2024-cü ilin əvvəlində Karlos Saynsla müqavilə uzatmaqsan imtina etmiş və onun yerinə Lyuis Həmilton ilə razılaşmışdılar. Bu hal Sayns üçün çətin idi, çünki 2024-cü ildə yarışarkən gələcəyinin o komandada olmayacağını bilirdi.

Ancaq ata Karlos Sayns bildirib ki, hər iki tərəf də bu proses zamanı bir-birlərinə hörmət ediblər: “Ferrari Karlosa pis davranmadı. Sadəcə onlar üçün qüsursuz şərtlər yarandı.

Ferrari Karlosdan çox razı idi, amma Həmilton fürsətindən sonra dəyişim planlarına başladılar. Ferrari ilə təmasa Həmilton keçmişdi. Sonra da müəyyəm şərtlər ortaya çıxdı. Bəlkə də bu prosesə daha yaxşı nəzarət etmək olardı. O vaxt hər şey sızdırıldı”.

Ferrari 2024-cü il mövsümünün sonunda Karlos Saynsa emosional vida etdi. Fyorano trasında həm Karlos Sayns, həm də atası Ferrari F1-75 ilə eyni anda trasa çıxdılar. Oğul Karlos Sayns bu bolidlə Formula 1 karyerasının ilk qələbəsini qazanmışdı. “Qırmızılar” bu xüsusi maşını ispaniyalı sürücüyə hədiyyə etdilər. Bu Karlos üçün unudulmaz jest idi.

Ata Karlos Sayns bu vida barədə təriflə danışıb: “Vida ilə bağlı çox gözəl detallar var idi. Ona maşın bağışladılar və məni Fyoranoya Formula 1 maşını sürməyə dəvət etdilər. Bir Formula 1 komandasından bundan gözəl ayrılmaq olmaz. Bunlar üçün yaxşı işlər görməli idi”.

Qeyd edək ki, oğul Karlos Sayns bu ildən Williams komandasında yarışacaq.

Rauf Hacıyev

Şərh əlavə et