Xəbəri Kokpitdə Oxuyun!

Mercedes Adidas-la ilk məhsullarını təqdim edib

Mercedes komandası Adidas ilə bağladığı müqavilədən sonra yeni yarış kombinezonlarını ilk dəfə təqdim edib.

Kokpit.az xatırladır ki, “gümüşü oxlar” bu il Cord Rassell və Kimi Antonelli cütü ilə yarışacaq. Onlar yeni tərəfdaşları olan Adidas-ın hazırladığı kombinezonları təqdim ediblər.

Xatırladaq ki, keçən ilin sonunda Puma ilə müqaviləsi bitən Mercedes Adidas ilə müqavilə bağlamışdı.

Yeni yarış kombinezonları və geyimlər Adidas-ın əfsanəbi çiyin xəttləri ilə gəlir. Bu xəttlər Adidas-ın bütün tərəfdaşlarında var.

Qeyd edək ki, Mercedes komandası bu il Lyuis Həmiltonun əvəzinə Kimi Antonellini gətirib. Almaniya təmsilçisi bu il yarışacağı W16 bolidini ilk dəfə fevralın 26-da Bəhreyndə trasa çıxaracaq.

Rauf Hacıyev

Şərh əlavə et